Bakı 20˚C Windy

Braziliyada teleqrama qadağa qoyula bilər

Biznes 15:10 20 yan, 2022

Bu barədə “Valor Economico” qəzeti məlumat yayıb

Braziliyada teleqrama qadağa qoyula bilər

Braziliyada dezinformasiyanın yayılması ilə bağlı narahatlıqlar səbəbindən teleqram messencerinin fəaliyyəti qadağan edilə bilər.

Qazet.az xəbər verir ki, bu barədə “Valor Economico” qəzeti məlumat yayıb.

Qəzetə görə, bu ilin oktyabrına təyin edilmiş ümumi seçkilər ərəfəsində teleqramın yalan xəbərlər və digər növ dezinformasiyalar göndərmək üçün istifadə oluna biləcəyindən ehtiyat edilir.

Teleqram messenceri son zamanlar 2018-ci ilin əvvəlki seçki kampaniyası zamanı sosial şəbəkələrdən və ani mesajlaşma proqramlarından uğurla istifadə edən ölkənin hazırkı prezidenti Jair Bolsonaronun tərəfdarları arasında populyarlıq qazanıb.