Bakı 16˚C Mostly cloudy

Braziliyalı futbolçu Azərbaycan klubunun təklifini rədd edib

Gündəm 12:05 24 noy, 2021

Vinisyus Santos Silva keçidinə hazırkı klubunun icazə vermədiyini söyləyib

Braziliyalı futbolçu Azərbaycan klubunun təklifini rədd edib

Braziliyanın "Nautiko" klubunda çıxış edən Vinisyus Santos Silva Azərbaycandan təklif alıb.

Qazet.az-ın məlumatına görə, 28 yaşlı vinger bu barədə "Futebolbahiano" nəşrinə açıqlamasında bildirib.

Braziliyalı oyunçu klubun adını açıqlamasa da, təklifi öz istəyi ilə rədd etdiyini bildirib. Santos Silva "Baiya"nın da onunla maraqlandığını, lakin keçidinə hazırkı klubunun icazə vermədiyini söyləyib.

Qeyd edək ki, "Nautiko" Braziliya B Seriyasında mübarizə aparır.