Bakı 25˚C Sunny

Bred Pit kino biznesdən getdi

Maraqlı 15:24 09 yan, 2023
Bred Pit kino biznesdən getdi

Dünyanın ən yaraşıqlı aktyorlarından biri hesab olunan  Bredi Pit kino ilə vidalaşdı.

Qəzet.az məlumat verir ki, filmlərdəki uğurlu rolları ilə Hollivudun ikonlarından birinə çevrilən Bred Pitin getmə səbəbi onun təqaüdə çıxacağı ilə bağlıdır.

Son zamanlar “Sui-qəsd qatarı” və “Babil” filmləri ilə gündəmə gələn 59 yaşlı aktyor, keçən ay “Plan B” prodüser şirkətindəki səhmlərinin 60 faizini satıb.

Aktyorun prodüser şirkətinin səhmlərini satması onun kinodan getməsi ilə bağlıdır. Bildirilib ki, o, daha sakit həyat yaşamaq istəyir. Aktyor filmlərə çəkilməyə davam etsə də, kino biznesindən uzaq qalacaq.