"Brent" 124 dolları ÖTÜB
Biznes
02:49 09 iyn, 2022
"WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 2,17 faiz artaraq 122 dollar/barel təşkil edib.
"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 124 dolları ötüb.
"Qazet.az" "TASS"a istinadən xəbər verir ki. saat 20:30 üçun (Bakı vaxtı) bahalaşma 2,34 faizə qədər azalıb və "Brent" markalı neft 123,39 dollar/barel səviyyəsində alınıb-satılıb.
Son dəfə "Brent" markalı neftin qiyməti martın 9-u 124 dollardan artıq olub.
"WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 2,17 faiz artaraq 122 dollar/barel təşkil edib.