Brent markalı neftin qiyməti 75 dollara yaxınlaşır
Biznes
09:59 14 sen, 2021
Neftin qiyməti 75 dollara yaxınlaşır
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,64% artaraq 1 barelə görə 73,98 dollar təşkil edib.
Qazet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,72% artaraq 70,96 dollar təşkil edib.