Bakı 3˚C Windy

“Brent” markalı neftin qiyməti artıb

Biznes 22:49 09 noy, 2021

Ekspertlər 2022-ci ilin birinci yarısının sonunda "Brent" neftinin qiymətinin bir barel üçün 120 ABŞ dolları olacağını proqnozlaşdırırlar.

“Brent” markalı neftin qiyməti artıb

"Brent" markalı yanvar fyuçerslərinin qiyməti 0,46% artaraq bir barel üçün 83,81 ABŞ dollarına yüksəlib.

Qazet.az bu barədə Londonun ICE Futures birjasına istinadən xəbər verir.

Qeyd edək ki, WTI markalı neftin dekabr fyuçersləri Nyu-York əmtəə birjasında 82,75 ABŞ dolları təşkil edib.

Ekspertlər 2022-ci ilin birinci yarısının sonunda "Brent" neftinin qiymətinin bir barel üçün 120 ABŞ dolları olacağını proqnozlaşdırırlar.