Bakı 21˚C Windy

“Brent” nefti ucuzlaşıb, WTI bahalaşıb

Biznes 11:11 24 dek, 2021

 "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,1% azalaraq 1 barelə görə 76,52 dollar təşkil edib

“Brent” nefti ucuzlaşıb, WTI bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,1% azalaraq 1 barelə görə 76,52 dollar təşkil edib. 

Qazet.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,22% artaraq 71,28 dollar təşkil edib.