Bakı 23˚C Sunny

“Brent” neftinin qiyməti 85 dollara yaxınlaşır

Biznes 11:26 02 noy, 2021

Dünya bazarlarında neftin qiyməti yenidən artmağa başlayıb

“Brent” neftinin qiyməti 85 dollara yaxınlaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,05% artaraq 1 barelə görə 84,75 dollar təşkil edib.

Qazet.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,13% azalaraq 83,94 dollar təşkil edib.