Brent ucuzlaşdı
Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 2,71% azalaraq bir barelə görə 104,24 dollara, WTI-nin iyun fyuçersləri 3,21% azalaraq 101,33 dollara düşüb
Dünya bazarında neftin qiymətləri Çinin xammala tələbatının perspektivləri ilə bağlı davam edən narahatlıqlar səbəbindən kəskin şəkildə aşağı düşüb.
Qazet.az xəbər verir ki, Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 2,71% azalaraq bir barelə görə 104,24 dollara, WTI-nin iyun fyuçersləri 3,21% azalaraq 101,33 dollara düşüb.
Neft qiymətləri üçün əsas neqativ amil koronavirusun qarşısını almaq üçün ciddi karantin tədbirlərinin davam etdirildiyi Çindəki vəziyyət olaraq qalır. Bu cür tədbirlər Çin iqtisadiyyatı üçün mənfi nəticələr də daxil olmaqla, neftə tələbatın səviyyəsi ilə bağlı narahatlıqlara səbəb olur.