Bakı 6˚C Dreary

Britaniya Azərbaycana mina üzrə daha bir mütəxəssis göndərib

Gündəm 16:44 12 noy, 2021

“Böyük Britaniyadan olan minalardan təmizləmə üzrə daha bir mütəxəssisimiz ANAMA-ya dəstək üçün işə başlayıb”

Britaniya Azərbaycana mina üzrə daha bir mütəxəssis göndərib

Böyük Britaniya azad olunan ərazilərin minalardan təmizlənməsinə kömək göstərməsi üçün Azərbaycana daha bir mütəxəssis göndərib.

Qazet.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

“Böyük Britaniyadan olan minalardan təmizləmə üzrə daha bir mütəxəssisimiz ANAMA-ya dəstək üçün işə başlayıb”, - diplomat vurğulayıb.