Britaniya əks-kəşfiyyat xidmətinin rəhbərinin yeni 11 sentyabr riskiylə bağlı ehtimalı
Əfqanıstan hadisələrinin ekstremistləri “ilhamlandırdığına” heç bir şübhə yoxdur
“Əfqanıstanda baş verən son hadisələr, şübhəsiz ki, potensial terrorçuları “ruhlandırdı və ilhamlandırdı””. “The Times” qəzetinə istinadla bildirir ki, bu barədə Britaniyanın Mİ5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum xəbərdarlıq edib. Onun sözlərinə görə, Qərb ölkələrinin bu Orta Asiya ölkəsindən çıxması 11 sentyabr hadisəsinə bənzər növbəti terror aktı riskini artırıb.
Onun sözlərinə görə, Əfqanıstan hadisələrinin ekstremistləri “ilhamlandırdığına” heç bir şübhə yoxdur. “Şübhə yoxdur ki, Əfqanıstanda baş verən son hadisələr bəzi ekstremistləri ruhlandırdı və ilhamlandırdı. Buna görə də rəhbərlik etdiyim təşkilat digər təhdidlərlə birlikdə məhz bu tip risklərə də diqqət yetirir”, - deyə Mİ5 rəhbəri İngilis radiostansiyalarından birinə müsahibəsində vurğulayıb.
Makkallum əlavə edib ki, söhbət təkcə İngiltərədə və başqa ölkələrdə potensial terrorçuların “mənəvi ruhunu” yüksəltməkdən getmir, bu insanların yenidən qruplaşıb Böyük Britaniyada və başqa ölkələrdə mürəkkəb hücumlar planlaşdıra biləcəyi qorxusu var: “Əfqanıstandan qaynaqlanan böyük problem ilhamverici təsirindən başqa, terrorçuların 11 sentyabr hücumları zamanı və növbəti illərdə üzləşdiyimiz yaxşı hazırlanmış mürəkkəb əlbir planlarla bizi yenidən üz-üzə qoyma riskini artırır”.
Qəzet xatırladır ki, Mİ5 polislə birlikdə son dörd ildə İngiltərədə 31 terror hücumunun qarşısını alıb. Onların bir çoxu islamçı ekstremistlərlə əlaqəli olub.
moderator