Bakı 8˚C Dreary

Britaniya gözəllik kraliçasını ölümcül zəhəri olan meduza sancdı - FOTO

Maraqlı 16:18 04 fev, 2022

Yavaş-yavaş sahilə doğru üzərkən bədənimi nəsə daladığını hiss etdim

Britaniya gözəllik kraliçasını ölümcül zəhəri olan meduza sancdı - FOTO

Britaniya gözəllik kraliçası Pratiştha Rauta Mavriki adasında ölümcül zəhəri olan meduza hücum edib. Nəticədə “Miss England 2019” müsabiqəsinin qalibi xəstəxanalıq olub.

Hadisə Pratiştha Rautun dostları ilə istirahəti zamanı baş verib. Okeanda çimdikdən sonra o, gəmiyə qayıtmaq əvəzinə, təkbaşına çimərliyə üzmək qərarına gəlib. Bu zaman dəniz canlısı onu ombasından sancıb. 

“Yavaş-yavaş sahilə doğru üzərkən bədənimi nəsə daladığını hiss etdim. Əvvəlcə bunun yosun olduğunu düşündüm, amma sonra ayağım pis qıcıqlanmağa başladı”, - deyə Raut hadisə barədə danışıb.

Onun sözlərinə görə, otağına çatanda ayaqları və ombasının qaynar su yanığı kimi görünən səpgilərlə örtüldüyünü görüb. Bundan əlavə, səpgilər yayılmağa davam edib.

“Ağrı dəhşətli idi, sanki kimsə bədənimə qaynar su tökürdü, dərim sanki əriməyə başladı. Mən nə otura bilirdim, nə də gəzə bilirdim”, - deyə gözəllik kraliçası əzablarını təsvir edib.

Qadın hotel əməkdaşlarına müraciət edib, dərhal təcili yardım çağrılıb. Həkimlər onun xəstəxanada yatmalı olduğunu bildiriblər.

Daha sonra tibb işçiləri britaniyalı qadına onu dünyanın ən təhlükəli meduzası sayılan “yumrumeduzlar” sinfinin nümayəndələrindən birinin hücumuna məruz qala biləcəyini deyiblər. Bildirilib ki, onların sancması sağlamlığa ciddi zərər verə və hətta ölümlə nəticələnə bilər. 

mənbə