Bakı 21˚C Sunny

Britaniya İranın "Əxlaq" polsini və yüksək çinli əmniyət rəsmilərini boykot etdi

Gündəm 19:16 10 okt, 2022
Britaniya İranın "Əxlaq" polsini və yüksək çinli əmniyət rəsmilərini boykot etdi

Britaniya İranın "Əxlaq" polsini və yüksək çinli əmniyət rəsmilərini boykot etdi.

Qazet.az xəbər verir ki, “Reuters” xəbər ajansının məlumatına görə, oktyabrın 10-da Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli açıqlamasında deyib: “Bu sanksiyalar İran hakimiyyətinə açıq mesaj verir. Biz sizi qadınlara və qızlara edilən zülmə və xalqınıza qarşı sarsıdıcı zorakılığa görə günahkar hesab edirik".

Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, əxlaq polisi İranda qadınların geyimlərinə və onların evdən kənarda necə davranmasına nəzarət etmək üçün həbs və zorakılıq hədələrindən istifadə edib.

Nazirlik habelə bütövlkdə əxlaq polisi, onun rəisi Məhəmməd Rüstəmi Çeşmə Gəçiyə, eləcə də əxlaq polisinin Tehran şöbəsinin rəhbəri Hacı Əhməd Mirzəyə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.