Bakı 6˚C Dreary

Britaniya kəşfiyyat xidmətləri: Putinin qərarlarının səhv olduğu ortaya çıxdı

Gündəm 04:28 11 okt, 2022
Britaniya kəşfiyyat xidmətləri: Putinin qərarlarının səhv olduğu ortaya çıxdı

Böyük Britaniya Hökumət Kommunikasiya Mərkəzinin (GCHQ) rəhbəri Ceremi Fleminq çərşənbə axşamı verdiyi açıqlamada Ukraynanın müharibənin gedişatını dəyişdirdiyini və tükənmiş vəziyyətdə olan Rusiya qüvvələri ilə qarşılaşdığını bildirib. 

Qazet.az
xəbər verir ki, kəşfiyyat rəhbərinin çıxışından fraqmentləri BBC bazar ertəsi axşam alıb.
 

GCHQ-nun məlumatına görə, Ukrayna ərazisinə bir gün əvvəl baş verən kütləvi raket hücumlarına baxmayaraq, Rusiya hərbçilərinin silah-sursatı tükənmək üzrədir və Rusiya prezidenti Vladimir Putinin qərarlarının səhv olduğu üzə çıxıb.

Fleminq açıqlamasında bildirib ki, Rusiyanın Ukraynadakı müharibədə insan və texnika baxımından çəkdiyi xərclər heyrətamizdir, lakin rus qoşunlarının müharibənin ilk aylarında əldə etdiyi bütün uğurlar indi puça çıxıb.

"Biz bilirik, rus komandirləri də bilir. Onların təchizatı və sursatları tükənmək üzrədir", - GCHQ rəhbəri deyir: "Effektiv daxili müxalifətin olmadığı bir şəraitdə Vladimir Putinin qərarları yanlış oldu", - deyə bildirib.