Britaniya Kraliçası gecəni xəstəxanada keçirib
Gündəm
12:30 22 okt, 2021
Böyük Britaniya Kraliçası II Elizabet xəstələnib

Böyük Britaniya Kraliçası II Elizabet gecəni xəstəxanada keçirib.
Qazet.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı Bukinhem sarayına istinadən bildirir.
Sarayın nümayəndəsi qeyd edib ki, kraliça həkimlərin bir neçə gün istirahət etməyin lazım olması barədə məsləhətinə görə çərşənbə günü xəstəxanaya gəlib və cümə axşamı Vindzor qəsrinə qayıdıb.
"O, yaxşı əhval-ruhiyyədədir", - Bukinhem sarayının nümayəndəsi əlavə edib.