Britaniya MN: “Rusiya Müdafiə Nazirliyi ilə bağlı tənqidlər artır”
Gündəm
10:32 08 okt, 2022
“Rusiya Müdafiə Nazirliyi ilə bağlı tənqidlər artır”.
Qazet.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.
Qeyd olunub ki, bunun əsas səbəblərindən biri Rusiyanın xüsusilə son 2 həftə ərzindəki hərbi uğursuzluğudur: “Tənqidçilər arasından Çeçenistan rəhbəri Ramzan Kadırov, “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin, teleaparıcılar, pop ulduzlar da var. Onların sayı getdikcə artır”.
Bildirilib ki, tənqidlər xüsusilə ali hərbi komandanlığa yönəlib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu ilin fevralın 24-də başlayıb.