Bakı 6˚C Intermittent clouds

Britaniya Parlamentinin üzvləri Azərbaycan xalqını təbrik edib

Siyasət 17:51 19 okt, 2021

Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib

Britaniya Parlamentinin üzvləri Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının üzvləri Azərbaycan xalqını təbrik ediblər.

Bu barədə Qazet.az-a Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib.

İcmalar Palatasının deputatı, Britaniya Parlamentində Azərbaycan üzrə Dostluq Qrupunun sədri Bob Bləkmən özünün şəxsi sosial şəbəkə profillərində etdiyi paylaşımlarda uzun illərdən bəri ölkəmizin dostu olduğunu vurğulayaraq Azərbaycan xalqını təbrik edib.

Lordlar Palatasının üzvü Con Kilkluni də özünün şəxsi tviter hesabında etdiyi paylaşımda müstəqilliyin bərpası münasibəti ilə Azərbaycanı təbrik edərək, ölkə başçısı, eləcə də bütün Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Lordlar Palatasının daha bir üzvü Lord Şeyx isə Azərbaycan Respublikasının Britaniyadakı səfiri Elin Süleymanova ildönümü ilə bağlı yazdığı məktubun mətnini özünün tviter hesabında paylaşaraq Azərbaycan xalqını təbrik edib.

O, Azərbaycanın müstəqil bir ölkə kimi keçdiyi inkişaf yolunun təqdirəlayiq olduğunu əlavə edib.