Britaniya səfiri Azərbaycan xalqını Azərbaycan dilində təbrik edib - VİDEO
Siyasət
12:34 18 okt, 2021
Ceyms Şarp Azərbaycanı Müstəqilliyin Bərpası günü ilə təbrik edib
Böyük Britaniya səfiri Ceyms Şarp 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Qazet.az-nın məlumatına görə, səfir təbrikini Azərbaycan dilində səsləndirib.
“Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və tarixində yeni səhifə açır. Azərbaycan və Britaniya arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”.