Bakı 11˚C Mostly cloudy

Britaniya səfiri Füzuliyə gedib

Siyasət 18:08 03 mar, 2022

Səfir Horadizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə görüşüb

Britaniya səfiri Füzuliyə gedib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Horadiz qəsəbəsinə gedib.

Qazet.az xəbər verir ki, bunu diplomat özünün tviter hesabında yazıb.

Səfir Horadizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə görüşüb.

"Biz minalar sahəsində ANAMA ilə əməkdaşlığımıza davam edirik. Bu gün Horadizdə ərazilərin minalardan təmizlənməsi üçün həm təlim, həmçinin də texniki dəstək göstərən Britaniya mütəxəssisləri ilə görüşdüm", - C.Şarp vurğulayıb.