Bakı 1˚C Windy

Britaniya Silahlı Qüvvələrinin komandanı Moskva ilə daha sıx əlaqə saxlamaq istədiyini bildirib

Xəbərlər 10:03 18 dek, 2022
Britaniya Silahlı Qüvvələrinin komandanı Moskva ilə daha sıx əlaqə saxlamaq istədiyini bildirib

Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi admiral Toni Radakin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla daha tez-tez əlaqə saxlamaq istərdi.

Qazet.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzetində dərc olunan müsahibəsində T. Radakin il ərzində rusiyalı həmkarı ilə müntəzəm əlaqə saxladığını, lakin bunu daha tez-tez etməyə üstünlük verdiyini bildirib.

“Biz həmişə əlaqə saxlayacağımızı, lakin müzakirə etdiyimiz mövzunun təfərrüatlarını açıqlamayacağını demişik. Düşünürəm ki, o bu razılaşmaya çox yaxşı əməl edir”, - Radakin Gerasimov haqqında deyib.

O, əlaqələrin daha da müntəzəm olmasını istədiyini vurğulayıb.

Qəzet qeyd edib ki, Radakin Rusiya ilə açıq ünsiyyət kanallarını saxlamaq üçün istənilən imkanı alqışlayır və Rusiya Prezidenti Vladimir Putinin Əlahəzrət II Elizabetin ölümündən sonra Kral III Çarlza göndərdiyi məktubun hörmətli tonuna diqqət çəkib:

"[Mövcud vəziyyətə] həddən artıq ilişmək və şişirtməyə davam etmək təhlükəsi var. Siz təhlil etməlisiniz, lakin ifrata varmamalı, həmçinin balanslı yanaşmağa çalışmalısınız”.