Britaniya Türkiyə PUA-ları ilə maraqlanır
Gündəm
12:14 18 okt, 2021
Bunu "CNN" telekanalına müsahibəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib

Böyük Britaniya Türkiyənin "Bayraktar" və "Anka" pilotsuz uçuş aparatlarının əldə edilməsi məsələsini nəzərdən keçirir.
Qazet.az-ın məlumatına görə, bunu "CNN" telekanalına müsahibəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.
Onun sözlərinə görə, Birləşmiş Krallıq Türkiyənin döyüş PUA-larının əldə edilməsində çox maraqlıdır:
"İndi onlar qərar verməlidirlər. Onlara variantlar təqdim etdik və indi ciddi şəkildə düşünürlər".