Britaniyada 100 min dövlət qulluqçusu fevralın 1-də tətil edəcək
Cəmiyyət
05:35 12 yan, 2023
Böyük Britaniyanın 100 minə yaxın dövlət qulluqçusu əmək haqqlarının artan qiymətlərə uyğunlaşdırılması tələbi ilə fevralın 1-də tətilə çıxmağı planlaşdırır.
Qazet.az-ın məlumatına görə, bu barədə Dövlət və Kommersiya Xidmətləri İşçiləri Həmkarlar İttifaqının yaydığı məlumatda deyilib.
"PSC Milli İcraiyyə Komitəsi qanuna uyğun olaraq, keçən ilki səsvermə zamanı [seçicilərin] 50%-dən çoxunun tətilin lehinə olduğu təşkilatlarda bütün üzvləri üçün fevralın 1-də bir günlük tətil keçirməyə razılıq verib", - deyə qeyd olunub.
Bildirilib ki, söhbət işə çıxmayacaq 100 min işçidən gedir.