Britaniyada atışma olub, ölən və yaralananlar var
Xəbərlər
10:45 25 dek, 2022

Böyük Britaniyanın Mersisayd qraflığında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Qazet.az TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat yerli polisin saytında dərc olunub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın atıcı silahdan açılan atəş nəticəsində yaradan ölüb. Üç kişi xəstəxanaya aparılıb.
Şənbə günü yerli vaxtla saat 23:50 radələrində (03:50 - Bakı, bazar günü) atəş səsləri ilə bağlı məlumat aldıqdan sonra qraflıq polisi Liverpul yaxınlığında yerləşən “Lighthouse Inn” hotelinə çağırılıb.
Mersisayd hüquq-mühafizə orqanlarının əməkdaşları qətl işi ilə bağlı araşdırmalara başlayıb.