Britaniyada daha iki energetika şirkəti iflas etdi
Gündəm
12:58 14 okt, 2021
Sentyabrın əvvəlindən müflis olan şirkətlərin sayı 11-ə çatıb
Britaniyada "Pure Planet" və "Colorado Energy" energetika şirkətləri qazın qiymətinin artması fonunda iflas etdi.
Qazet.az Ren.tv -yə istinadən xəbər verir ki, sentyabrın əvvəlindən müflis olan şirkətlərin sayı 11-ə çatıb.
İflas edən iki şirkət ümumilikdə 250 minə yaxın müştəriyə xidmət göstərib.
"Hökumət və [İngilis elektrik bazarının tənzimləyicisi] Ofgem "Pure Planet"dən müştəriləri cari satınalma qiymətlərindən xeyli aşağı qiymətlərlə enerji ilə təmin etməsini istəyib", - şirkət nümayəndələri deyib.