Bakı 22˚C Thunderstorms

Britaniyada iynəli şəxslər qorxu yaratmağa davam edir

Gündəm 12:50 26 okt, 2021

Bir nəfər ittihamla saxlanılıb

Britaniyada iynəli şəxslər qorxu yaratmağa davam edir

Böyük Britaniyanın müxtəlif şəhərlərində gənc qızlar əylənmək üçün getdikləri yerlərdə onlara narkotik tərkibli iynə vurulması nəticəsində huşlarını itirdiklərini və xəstəxanada gözlərini açdıqlarını iddia ediblər.

Qazet.az xəbər verir ki, şikayətlərin artması nəticəsində araşdırmalara başlanılıb. Nottinqemşir şəhərində azı 10 qadın şikayətçi olub, bir nəfər ittihamla saxlanılıb.

Əyləncə məkanlarının girişində daha yaxşı axtarış etmək istəyənlər sosial mediada birləşərək petisiyaya başlayıblar. Kampaniyaya qatılanların sayı 160 mindən artıq olduqda, parlamentdə mövzu ilə bağlı ümumi müzakirə gözlənilir.

Ölkənin 40-dan çox şəhərində əyləncə məkanlarına etiraz edilib. /Sondakika.com