Britaniyalı bir ildə 365 marafonda iştirak edib
İdman
11:08 01 yan, 2023
Britaniyalı Qari Makki 2022-ci il üçün 365-ci marafon məsafəsini Yeni il ərəfəsində başa vuraraq, bu müddət ərzində 15 390 km qaçıb.
Qazet.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Makki ilin son qaçışını İngiltərənin şimalındakı Kambriya qraflığında başa vurub.
Sellafild nüvə kompleksinin 53 yaşlı əməkdaşı adətən işə vaxtında gəlmək üçün səhər saatlarında nəzərdə tutulan 42 km 195 m məsafəni qət edirdi. Layihənin əsas məqsədi xeyriyyəçilik üçün vəsait toplamaq idi. İl ərzində Makki iki təşkilat üçün 1 milyon funt sterlinq (1,2 milyon ABŞ dolları) toplayıb.
Ümumilikdə marafonçu 12 ay ərzində hərracda satdığı 22 cüt idman ayaqqabısından istifadə edib.