Bakı 23˚C Intermittent clouds

Britaniyalı reper 40 saata yaxın rep oxuyaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb

Maraqlı 12:31 25 may, 2022

Əvvəlki rekordun sahibi 33 saat 33 dəqiqə 16 saniyəlik göstərici ilə amerikalı reper "Watsky" idi

Britaniyalı reper 40 saata yaxın rep oxuyaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb

İspaniyada məktəb müəllimi kimi çalışan britaniyalı “Ginnesin Rekordlar Kitabı”na düşüb. O, 39 saat 37 dəqiqə 54 saniyə dayanmadan fristayl rep deməklə rekorda imza atıb.

Qazet.az “İnterfaks”a istinadən xəbər verir ki, 35 yaşlı Daniel Alkonun səhnə təxəllüsü "DAlcon"dur.

Xatırladaq ki, əvvəlki rekordun sahibi 33 saat 33 dəqiqə 16 saniyəlik göstərici ilə amerikalı reper "Watsky" idi. O, 2020-ci ildə “Ginnesin Rekordlar Kitabı”na düşmüşdü.