Britaniyalılar Consonun geri qayıtmasını istəyir
Cəmiyyət
18:32 18 okt, 2022
Böyük Britaniyada keçmiş baş nazir Boris Consonun vəzifəyə geri qaytarılması üçün petisiya yaradılıb.
Qazet.az xəbər verir ki, bu barədə Britaniyanın “Conservative Post” informasiya resursu məlumat yayıb.
Oktyabrın 15-də hazırlanan petisiya ilk gündə 5 mindən çox insan tərəfindən imzalanıb.
Qeyd edək ki, sentyabrın 8-i baş nazir seçilən Liz Trass ölkədəki iqtisadi böhran səbəbindən son günlər Mühafizəkarlar Partiyasının bir sıra deputatları tərəfindən istefaya çağırılır.