"The Sun" Britaniyalılar stresdən çıxmaq üçün inəklərlə qucaqlaşır - QİYMƏTİ isə...
"İnəkləri bağrına basaraq, insanlar sakitləşir və nikbin ovqata köklənir..."
"Bizim Cull ləqəbli inəyimiz onu bağrına basan və ona hərarət bəxş edən qonaqları saatlarla dayanıb gözləyə bilər..."
Böyük Britaniyada yeni sağlamlaşdırıcı trend meydana çıxıb. Ölkə sakinləri inəklərlə qucaqlaşmaq üçün 50 funt sterlinq ödəyərək, stresdən qurtulub əhval-ruhiyyələrini yüksəldir.
Qazet.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.
Britaniyalılar streslə yeni mübarizə üsulu aşkar edib. Onlar fermaya gələrək, inəklərlə qucaqlaşır. "Müalicə proseduru" Sayt-Yorkşir qtaflığının Donkaster məntəqəsində "Maknillz Mill" ferması tərəfindən təqdim edilir.
Bir saatılıq "qucaqlaşmaq" üçün zirək sahibkarlar ziyarətçilərdən 50 funt sterlinq qazanır və onlara bu qucaqlaşma seriyalarından sonra stresdən qurtulacağını vəd edir.
Qəzetin məlumatına görə, inəklərlə bir saatlıq "görüşlər" bir ay öncədən satıldığından, ferma sahibləri yeni, daha dolğun proqram təklif edir, proqram çərçivəsində inəyi təkcə qucaqlamaq deyil, həm də ona yemləyə, hətta daraya da bilərlər.
"Biz düşündük ki, həmişə bu qəribə heyvanlara yaxınlaşmaq və onlarla tanış olmaq istəyənlər tapılacaq. İnəklərlə ünsiyyət həqiqətən müalicə effekti verir və endorfinlərin ifrazını artırır, sən onların bədəninin və yununun hərarətini hiss edirsən", - fermer Keyt Maknil izah edib.
Ferma əməkdaşı dəqiqləşdirib ki, inəklər "alışıb" və onları tumarlayan, yemləyən, darayan və qucaqlayan qonaqları məmnuniyyətlə qəbul edir.
"Bizim Cull ləqəbli inəyimiz var, ən yaxşılarından biridir. O, saatlarla dayanıb onu bağrına basan qonaqarı gözləyə bilər. O, insanların bəxş etdiyi hərarətdən məmnundur", - Maknil əlavə edib.
İlk dəfə inəklərlə qucaqlaşmaq "trendi" barədə 2020-ci ildə Hollandiyada danışılıb. Praktika belə də adlandırılıb- "koe knuffelen" , hollandcadan tərcümədə "inəyi qucaqlamaq" mənasını verir.
Pərəstişkarlarının sözlərinə görə, inəkləri bağrına basaraq, insanlar sakitləşir və nikbin ovqata köklənir.