Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yaydı
Bu barədə Azərbaycan Respublikasının Londandakı səfirliyində dünən baş verən insidentlə bağlı açıqlamada qeyd olunub
Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Londandakı səfirliyində dünən baş verən insidentlə bağlı açıqlamada qeyd olunub.
"Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır", - deyə məlumatda qeyd olunub.