Britaniyanın Baş naziri tətilləri dayandırmaq üçün həmkarlar ittifaqı liderləri ilə görüşəcək
Böyük Britaniyanın Baş naziri Rişi Sunak kütləvi tətillərə son qoymaq üçün Britaniya həmkarlar ittifaqı liderləri ilə görüşəcək.
Qazet.az “Financial Times”a istinadən xəbər verir ki, görüşün Baş nazirin ofisində keçirilməsi planlaşdırılır.
Sunak artıq, etiraz edənlərin tələblərini müzakirə etmək üçün peşəkar birliklərin rəhbərləri ilə görüşmək istədiyini açıqlamışdı.
Eyni zamanda, həmkarlar ittifaqları öz üzvlərinin maaşlarının 2022-ci ilin sonunadək son 40 ildə rekord 11%-ə yaxın olan inflyasiya səviyyəsindən yuxarı indeksləşdirilməsində israr etmək niyyətindədirlər.
Artıq yanğınsöndürənlərin həmkarlar ittifaqının rəhbərliyi Nazirlər Kabinetinin bu təşəbbüsünü boş vəd və mənasız piar adlandırıb. Britaniya həkimləri və tibb tələbələri həmkarlar ittifaqının rəhbəri Emma Ransvik hökumətin dövlət sektorunda maaş artımı statistikasını müzakirə etmək təklifini gülünc adlandırıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında ölkədə artan inflyasiya, real gəlirlərin və yaşayış səviyyəsinin aşağı düşməsi nəticəsində miqyasca çox böyük tətil dalğası başlayıb.