Bakı 13˚C Sunny

Britaniyanın XİN başçısı Lavrovla birlikdə İranın nüvə məsələsini müzakirə edib

Siyasət 16:51 23 sen, 2021

Hər iki diplomat da noyabrda Qlazqoda keçiriləcək “COP26” konfransını səbirsizliklə gözləyir

Britaniyanın XİN başçısı Lavrovla birlikdə İranın nüvə məsələsini müzakirə edib

İngiltərənin xarici işlər naziri Liz Trass və Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Tehranın İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıtmasının vacibliyini müzakirə edən görüş keçirib. 

Bu barədə Rusiya XİN sözçüsü Tass agentliyinə açıqlamasında bildirib.

“İki tərəf birlikdə İranın nüvə danışıqlarına qayıtmasının zəruriliyini müzakirə ediblər. Əfqanıstanda sabitlik və təhlükəsizlik, o cümlədən ”Taliban"ın əhatəli bir hökumət qurmasının lazım olduğu da müzakirə edilən məsələlər arasında olub. İki diplomat da noyabrda Qlazqoda “COP26” konfransını səbirsizliklə gözləyir", - deyə sözçü bildirib. 

Xatırladaq ki, Britaniyanın Baş naziri Boris Conson ölkənin Xarici İşlər naziri vəzifəsinə dəyişikliyi hələ keçən həftə təsdiqləyib. Bu səbəbdən keçirilən görüş Britaniya xarici işlər naziri vəzifəsinə təyin olunan Trass və Lavrov arasındakı ilk görüş olub.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.