Bakı 25˚C Partly sunny

Britaniyanın yeni səfiri Şəhidlər Xiyabanına getdi

Siyasət 13:55 01 sen, 2022
Britaniyanın yeni səfiri Şəhidlər Xiyabanına getdi

Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Fergus Ould Şəhidlər Xiyabanını ziyarət edib.

Qazet.az xəbər verir ki, britaniyalı diplomat bu barədə "Twitter"də bildirib.

"Bugün mən Şəhidlər Xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm", o, paylaşımında qeyd edib.