Britni Spirs 13 ildən sonra azadlığına qovuşdu- FOTO/VİDEO
Britni Spirsin üzərində atasının 13 illik qəyyumluğuna son qoyulub
Los-Anceles məhkəməsi müğənni Britni Spirsin üzərində atasının 13 illik qəyyumluğuna son qoyub
Qazet.az xəbər verir ki, 13 illik qəyyumluğuna son qoyulan 39 yaşlı məşhur aktrisa bu günü həyatının ən yaxşı günü adlandırıb.
Pərəstişkarları da müğənni ilə bağlı məhkəmə qərarını sevinclə qarşılayıblar.
Məşhur müşğənni bununla bağlı özünün “Instagram” hesabından kadrlar paylaşıb.
“Allahım, pərəstişkarlarımı çox sevirəm, bu, dəlilikdir! Düşünürəm ki, bütün günü ağlayacağam! Bu, həyatımın ən gözəl günüdür”, - deyə o bildirib və baş verənlərə hələ də inana bilmədiyini söyləyib.
Qeyd edək ki, Ceymi Spirs 2008-ci ildən, müğənninin psixoloji problemləri və öz uşaqlarının qəyyumluğunu itirməsi fonunda məhkəmənin qərarı ilə qızının həyatının əksər aspektlərinə nəzarət edir. O, aktrisanın qazandığı bütün pullara, maliyyə qərarlarına tam nəzarət edib, həmçinin konsertlər, qastrollar, şoular və hətta Britni Spirslə şəxsi görüşlər haqqında bütün qərarlara baxıb.
Nəhayət ki, uzunmüddətli sükutu pozan britaniyalı ifaçı cari ilin iyun ayında məhkəməyə müraciət edib və atasının qəyyumluq hüquqlarından sui-istifadə etdiyini bildirib. Onu da bildirək ki, müğənni atasının, o cümlədən qəyyumluq rejiminin saxlanmasını tələb edən vəkillərinin xərclərini ödəməyə məcbur olub.
Britni Spirsin sərvətinin təxminən 60 milyon dollar (2,7 milyonu nağd, 56,3 milyonu isə investisiyalar və daşınmaz əmlak şəklində) olduğu bildirilir.