Bakı 2˚C Mostly cloudy

Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlandı - VİDEO

Maraqlı 14:27 24 sen, 2021

Amerikalı pop müğənnisi Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlanıb

Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlandı - <span style="color:red">VİDEO</span>

“Spirsə qarşı Britni” filmi məşhur müğənninin atasının sənətçi üzərində qəyyumluğunun hüquqi və etik məsələlərindən bəhs edir.

"The Guardian" qəzetinin verdiyi məlumata görə, bir dəqiqəlik treyler Spirsin səsi ilə başlayır:

“Mən sadəcə həyatımı qaytarmaq istəyirəm. Ömür boyu işləmişəm. Bu insanlara heç nə borclu deyiləm”, - deyə o bildirir.

Qeyd edək ki, “Netflix”in hazırladığı sənədli filmin tam treylerinin yayımlanmasından əvvəl, məşhurun öz vəkilinə audio-ismarıcının 18 saniyəlik tizer-roliki yayımlanıb. Film sentyabrın 28-də tamaşaçılara təqdim olunacaq.

Filmdə sujet 2009-cu ilin yanvar ayında göndərilən ismarıcı əhatə:

“Salam, adım Britni Spirsdir. Sizə daha əvvəl zəng etmişəm. Yenidən zəng edirəm, çünki qəyyumluğun ləğvi prosesində olduğumuza əmin olmaq istədim”.

 

Günay Cavanşir