Bakı 16˚C Partly sunny

Brüs Li yenidən ekranlara gətirilir - FOTO

Maraqlı 05:23 02 dek, 2022
Brüs Li yenidən ekranlara gətirilir - FOTO

Dünyaca məşhur aktyor və kunq-fu ustası Brüs Linin həyatı lentə alınacaq. Filmin çəkilişləri ilə “Oskar” mükafatı laureatı Enq Li məşğul olacaq.

Bu barədə “Sony Pictures” şirkətindən xəbər verilib.

“Nə tam amerikalı, nə də tam çinli; Brüs Li Şərqlə Qərb arasında kunq-funu dünyaya tanıdan körpü idi”, - deyə Enq Li bildirib.

Məlumata görə, baş rolu rejissorun oğlu Meyson Li oynayacaq. O, rola hazırlaşmaq üçün Asiyada təxminən üç il vaxt sərf edib.

Qeyd edək ki, Meyson Lini “Lüsi” (“Lucy”), “Seçilmiş” (“Chosen”), “Assimilyasiya çətinlikləri” (“Fresh Off the Boat”) kimi layihələrdə görmək olar.

Məşhur rejissor Enq Li “Pinin həyatı” (“Life of Pi”), “Halk” (“Hulk”), “Qozbel dağ” (“Brokeback Mountain”), “Billy Lynn's Long Halftime Walk” (“Billi Linin futbol fasiləsində uzun yürüyüşü”) kimi filmləri çəkib.