BSU-da Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib
Dekabrın 21-də Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşlığı ilə Xalq artisti, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Emin Sabitoğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirlib.
Qazet.az xəbər verir ki, konsertdə Xalq artisti Teyyub Aslanov, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun Estrada sənəti kafedrasının konsertmeysterləri, ADMİU-nun Estrada sənəti İnstrumental ifaçılıq, Xalq çalğı alətləri kafedralarının tələbələri ölməz bəstəkarın mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.
Konsertdə bəstəkarın "Səhnədə işıqlar yananda", "Keçə bilmirəm", “Özümdən küsürəm” “Aşığın arzuları” , “Öpərdim gözlərindən” “İnsaf da yaxşı şeydir”, o cümlədən, teatr və bədii filmlər üçün bəstələnən əsərləri ifa edilib.
Həmçinin, bəstəkarın öz ifasında “Gəl qoşulaq durnalara” video təqdimat təqdim olunub.
Sonda sözləri Əhməd Cavada məxsus olan “Can Azərbaycan” mahnısını ifa edilib.