Bu, ABŞ-a qarşı görülən məcburi tədbirdir - Rusiya XİN
Gündəm
03:12 12 okt, 2021
Rusiya tərəfindən qabaqcıl silah sistemlərinin hazırlanması ABŞ-ın addımlarına cavab olaraq alınan məcburi bir tədbirdir.
Rusiya tərəfindən qabaqcıl silah sistemlərinin hazırlanması ABŞ-ın addımlarına cavab olaraq alınan məcburi bir tədbirdir.
Qazet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Konstantin Vorontsov deyib.
"Strateji vəzifələri həll edə biləcək qlobal nüvə silahları və strateji sabitliyi təhdid edən digər hərəkətləri Rusiya-ABŞ strateji dialoqu çərçivəsində hərtərəfli müzakirə edilməlidir. Müasir reallıqlara uyğun yeni bir təhlükəsizlik tənliyinin formalaşdırılması çərçivəsində uzunmüddətli və qarşılıqlı olaraq məqbul yol tapılmalıdır", - Vorontsov söyləyib.