Bakı 26˚C Sunny

Bu, ABŞ-Türkiyə münasibətlərində dönüş yaradar

Gündəm 10:57 31 okt, 2021

Türkiyəyə F-16 qırıcılarının satışı Konqresdən keçə bilər

Bu, ABŞ-Türkiyə münasibətlərində dönüş yaradar

Əgər Pentaqon dəstək verərsə, Türkiyəyə F-16 qırıcılarının satışı Konqresdən keçə bilər.

Qazet.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Türkiyə üzrə İşçi Qrupunun sabiq rəhbəri Robert Veksler deyib.

O bildirib ki, S-400 sistemləri ilə bağlı gərginlik sona çatmasa da, qırıcıların satışı ABŞ-Türkiyə münasibətlərində müsbət addım kimi qiymətləndirilə bilər:

“Bu satış çox əhəmiyyətlidir, eyni zamanda sektora da müsbət təsir edəcək mühüm dəstəkdir. Həmçinin, Türkiyəni strateji olaraq Qərb və NATO-ya daha sıx bağlayacaq. Bayden administrasiyası F-16-ları satmağa qərar verərsə, Konqresdə ciddi müqavimətlə üzləşəcək. Lakin Pentaqon ciddi şəkildə ABŞ hakimiyyətinə dəstək verərsə və özəl sahələr də bu siyasətə qoşularsa, Konqresdə lazım olan səs qəbul ediləcək. Düşünürəm ki, bu, Türkiyə-ABŞ münasibətlərində dönüş nöqtəsi olacaq”.