Bu ada dövlətində koronavirusa ilk yoluxma qeydə alınıb
Gündəm
12:48 31 okt, 2021
Yeni Zelandiyadan təyyarə ilə gələn peyvənd olunmuş şəxsdə aşkarlanıb
Polineziyada, Sakit okeanda ada dövləti olan Tonqa Krallığında pandemiyanın başlanmasından ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
İnfeksiya daha əvvəl Yeni Zelandiyadan təyyarə ilə gələn peyvənd olunmuş şəxsdə aşkarlanıb.
Hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, hazırda 105,6 min nəfər olan ada dövləti əhalisinin təxminən 30%-i artıq peyvənd olunub.
Tonqada ilk COVID-19-a yoluxma halı qeydə alındıqdan sonra minlərlə yerli sakin peyvənd olunmaq üçün sağlamlıq mərkəzlərinə axışıb.