Bu ASAN xidmət mərkəzində vətəndaşlara təhsil xidmətləri göstəriləcək
Cəmiyyət
13:27 09 sen, 2022
Bu gündən 2 saylı Gəncə Regional ASAN xidmət mərkəzində vətəndaşlara təhsil xidmətləri göstəriləcək.
Qazet.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il ASAN xidmət mərkəzlərində 1673 nəfərə təhsil xidmətləri göstərilib: "Təhsillə bağlı elektron xidmətlər müxtəlif platformalar üzərindən aparılır. Məsələn, şagird qəbulu, yerdəyişməsi və s. Bu ilin sonun qədər bütün elektron təhsil xidmətlərinin portal.edu.az platforması üzərində cəmləşdirmək niyyətindəyik".