Bakı 19˚C Sunny

Bu avtobusların hərəkət sxemləri dəyişdirilir

Gündəm 19:44 10 dek, 2021

Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi-C.Səlimov küçəsi-Ə.Salamzadə küçəsi-Tbilisi prospekti daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.

Bu avtobusların hərəkət sxemləri dəyişdirilir

Dekabrın 11-i saat 11:00-dan 15:00-dək S.C.Pişəvəri küçəsində qazıntı işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar olaraq 7B, 79,165, 205 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək. 

“Qazet.az” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi-C.Səlimov küçəsi-Ə.Salamzadə küçəsi-Tbilisi prospekti daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.