Bu ay zəhərlənmə ilə bağlı 49 nəfər xəstəxanaya müraciət edib, 3-ü ölüb
Cəmiyyət
18:49 17 noy, 2021
Toksikologiya şöbəsinə noyabr ayının 1-dən bu günədək 49 nəfər müraciət edib
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə noyabr ayının 1-dən bu günədək 49 nəfər müraciət edib.
Mərkəzdən Qazet.az-a verilən məlumata görə, onlardan 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidən zəhərlənib.
Qeyd olunub ki, zəhərlənənlərdən üçü dünyasını dəyişib: "Onlardan biri qida (pomidor turşusundan), biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olmuşdu".