Bakı 6˚C Sunny

Bu cinayəti törədənlər 15 il həbs olunacaq

Cəmiyyət 16:01 28 okt, 2022
Bu cinayəti törədənlər 15 il həbs olunacaq

Azərbaycanda yetkinlik yaşına çatmayanları zorlayanlar 15 ilədək həbs olunacaq.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin 149-cu (Zorlama) maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə eyni əməllər - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbən olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.