Bakı 3˚C Dreary

"Bu cür xəstəliklər dərhal müdaxilə tələb edir"

Eksklüziv 17:25 08 dek, 2022
"Bu cür xəstəliklər dərhal müdaxilə tələb edir"

"Liv Bona Dea Hospitalı"nda "Uşaq ürək mərkəzi"nin təqdimat mərasimi keçirilib. 

Qazet.az xəbər verir ki, tədbirdən sonra uşaq ürək cərrahı, Uzman Dr. Şiraslan Baxşəliyev  jurnalistlərin suallarını cavablandırıb.

O, uşaq ürək qüsurları barədə danışıb:

"Bəzi anadangəlmə ürəkqüsurları var ki, onları kritik qüsurlar adlandırırıq. Bu kimi hallara doğulduqdan bir neçə gün sonra əməliyyat və ya digər növ müdaxilə tələb edir. Bu tip qüsurlu körpələrin uşaq ürək cərrahiyəsi olan ixtisaslaşmış yerlərdə dünyaya gəlməsi onlar üçün daha uyğundur. Digər ürək qüsurları yeni doğulmuş dövrdə başlayır. 6 aydan 1 yaşa qədər çox hissəsi müalicə oluna bilir. Bu əməliyyatı keçmiş körpələr həyatına davam edir. Ümumiyyətlə əməliyyatdan sonra xəstələrə reanimasiyada 1-5 gün arası nəzarət altında qalır. 2 həftə sonra ən geci xəstələr evə yazılır. 6-cı ayda kardioloq nəzarətində olan xəstə ümumilikdə ildə 1 dəfə kardioloq müayinəsinə gəlir".