Bu dəfə məqsəd Suqovuşan və Talışa səfərdir - Hacıyev
Siyasət
13:47 16 okt, 2021
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına 7-ci dəfə səfər edirik
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 10 noyabr 2020-ci ildən başlayaraq biz diplomatik korpusla Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına 7-ci dəfə səfər edirik.
Qazet.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tivtterdə qeyd edib. O bildirib ki, bu dəfə məqsəd Suqovuşan və Talışa səfərdir:
“Ermənistan Suqovuşanı işğal etməkdə böyük əraziləri suvarma suyundan məhrum etmişdi”.