Bakı 9˚C Dreary

Bu dəqiqələrdə Vyanada İran nümayəndə heyəti ilə 4+1 formatında danışıqlar başlayıb

Gündəm 18:50 09 dek, 2021

Rəsmi Tehranla 4+1 formatında danışıqlar İrana qarşı sanksiyaların aradan qaldırılması və məsləhətləşmələrin aparılması üçün noyabr ayının 29-dan başlayıb.

Bu dəqiqələrdə Vyanada İran nümayəndə heyəti ilə 4+1 formatında danışıqlar başlayıb

BMT Təhlükəsizlik Şurasının Birgə Komissiyasının iclası bir neçə dəqiqə əvvəl Vyananın Koburq otelində İran və 4+1 nümayəndə heyətinin və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə baş tutub.

Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, iclasa İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqeri və Aİ-nin xarici siyasət idarəsi rəhbərinin müavini, birgə komissiyanın əlaqələndiricisi Enrike Mora sədrlik edir. 

 

 

Görüşdə 4+1 qrupunu Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və Çin təmsil edir. 

Qeyd edək ki, rəsmi Tehran və 4+1 formatında danışıqlar İrana qarşı sanksiyaların aradan qaldırılması və məsləhətləşmələrin aparılması üçün noyabr ayının 29-dan başlayıb.