Bakı 18˚C Mostly cloudy

Bu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər - FOTO

Cəmiyyət 13:22 14 yan, 2022

Bunun nəticələri fəsadlardan tutmuş dərmanın təsirinin zəifləməsinə qədər çox fərqli ola bilər”, - deyə farmakoloq izah edir

Bu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər - <span style="color:red">FOTO</span>

Əksər dərmanlar, o cümlədən “parasetamol”, antibakterial preparatlar və xolesterolu azaldan dərmanlar (statinlər) alkoqolla uyğun gəlmir. Ümumiyyətlə, spirtli içki və dərman qəbulunun nəticələri gözlənilməzdir.

Qazet.az xəbər verir ki, bu barədə N.İ.Piroqov adına Rusiya Milli Elmi-Tədqiqat Tibb Universitetinin molekulyar farmakologiya və radiobiologiya kafedrasının baş elmi işçisi Vladimir Roqovski bildirib.

Onun sözlərinə görə, spirtli içkilər dərmanları emal edən (metabolik edən) fermentlərin işini sürətləndirir.

“Bunun nəticələri fəsadlardan tutmuş dərmanın təsirinin zəifləməsinə qədər çox fərqli ola bilər”, - deyə farmakoloq izah edir.

Ekspertin sözlərinə görə, spirtli içki ilə birlikdə dərmanın bir dozası belə ölümcül nəticələr üçün kifayətdir. O, nümunə kimi “parasetamol” dərmanını göstərir.

“Məsələn, başı ağrıyan insan “parasetamol” qəbul edir, sonra bir rumka hər hansı alkoqollu içki içir. Bəziləri üçün hətta bu qədəri kifayətdir ki, qaraciyər fəaliyyətini dayandırsın (kəskin hepatotoksiklik), toksinlər sürətlə qanda toplanır, beyinə təsir edir, tənəffüs mərkəzi fəaliyyətini dayandırır” – deyə o, xəbərdarlıq edib.

 

 

Ekspert bununla belə, konkret nəticələri əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb.

“Bütün insanlarda fermentlərin sürəti fərqlidir”, - deyə o, əlavə edib.

Farmokoloq bildirib ki, hər bir dərman qəbuluna alkoqolun təsirini öyrənmək üçün mütəxəssislə məsləhətləşmək lazımdır.

“İçki istehlakı dərmandan bir neçə saat sonra da, bir neçə gün sonra da (məsələn antibiotik kursundan) ola bilər”, - deyə Roqovski bildirib.

Mənbə: Praym