Bakı 3˚C Partly sunny

Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Cəmiyyət 14:54 14 dek, 2021

Bu gün 11:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış yağıb

Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Dekabrın 14-ü saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağış yağıb. Bugün Lənkəran-Astara zonasında yağıntı intensiv olub.

Milli Hidrometeorologiya xidmətindən Qazet.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 21.0 mm, Astarada 8.0 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3.0 mm, Biləsuvar, Lerik, Xaçmazda 2.0 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1.0 mm-dək, Bakıda 2.0 mm, Sumqayıtda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, aran rayonlarında 6-9° isti, dağlıq rayonlarda 2-4° şaxta, Naxçıvan MR-da 0-6° şaxta təşkil edib.