Bakı 11˚C Mostly cloudy

Bu, Ermənistana güzəştdir - Şərh

Siyasət 18:11 06 apr, 2022

Nikol Paşinyan sözügedən mitinqi təşkil etməklə birbaşa sülh danışıqlarının pozulmasına xidmət edir

Bu, Ermənistana güzəştdir - Şərh

“Brüssel görüşü öncəsi Ermənistanda müxalifətin mitinqi ilk növbədə sülh təşəbbüslərinin qarşısını almağa yönəlib. Müharibədən 2 il vaxt keçsə də, Ermənistan tərəfi destruktiv siyasət ortaya qoyur. Əsassız iddialarla təklif irəli sürür”.

Qazet.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, ilk növbədə Azərbaycan Ermənistana 5 maddədən ibarət təkliflər verib: “Lakin Ermənistan bu təkliflərə əlavə təkliflər irəli sürür. Bu, konkret olaraq ərazi bütövlüyü məsələsində Ermənistanın Azərbaycana qarşı demarşıdır. Ona görə də Nikol Paşinyan Brüssel görüşündə Minsk qrupu və status məsələsini qaldırmaq üçün mesajlar verib”. 

M.Əsədullazadə hesab edir ki, Nikol Paşinyan sözügedən mitinqi təşkil etməklə birbaşa sülh danışıqlarının pozulmasına xidmət edir: “Bu, Ermənistanın əleyhinə işləyir. Azərbaycan Prezidenti İlham Əliyev sülh təşəbbüsü üçün konstruktiv siyasətini ortaya qoyub. Bu, Ermənistana güzəştdir və Ermənistan siyasi iradə göstərməlidir”.